Nazilə Səfərlinin Kəlbəcərə getməsinə DİN-dən REAKSİYA - YENİLƏNİB

Nazilə Səfərlinin Kəlbəcərə getməsinə DİN-dən  REAKSİYA - YENİLƏNİB backend

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, xəbər həqiqəti əks etdirmir:

“Nazilə Səfərli qanuna müvafiq qaydada portaldan qeydiyyatdan keçib və icazə alaraq Kəlbəcər rayonuna səfər edib. Eyni zamanda səfərlə bağlı polis əməkdaşlarının işdən çıxarılması da həqiqətə uyğun deyil”

 

22:23

Şair Nazilə Səfərli işğaldan azad olunan Kəlbəcər rayonuna qanunsuz yolla keçərək, orada nişan mərasimi etməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Nazilə Səfərli Oxu.Az-a bildirib ki, işğaldan azad edilən ərazilərə qeyri-qanuni keçmək mümkün deyil və o, Kəlbəcərə getmək üçün bütün lazımi qaydlara riayət edib:

“Həm özüm, həm də avtomobilimin portalda qeydiyyatdan keçib. Kəlbəcərə qanunsuz yolla səfər etmək mümkün deyil. Dörd post keçmişəm. Qanunsuz getmişdimsə niyə buraxıblar? Qanunsuz hərəkətlərə saxta xəbər yayanlar yol verir! Hərə öz işi ilə məşğul olsa yaxşıdır...”

21:43

Şairə Nazilə Səfərli işğaldan azad olunan Kəlbəcər rayonuna qanunsuz yolla keçərək, orada nişan mərasimi edib.

Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, DİN-in İctimai Təhlükəsizlik idarəsi əməkdaşları Nazilə Səfərlini həbs edib. Ona 15 sutka həbs cəzası verilib.

Həmçinin qeyd olunub ki, Nazilə Səfərlinin Kəlbəcərə keçməsinə göz yuman Göygöl və Kəlbəcər rayonu polis əməkdaşlarından bəziləri işdən azad olunub, bəzilərinə töhmət verilib.

Hazırda Toğanalı kəndindəki polis postuna DİN İT İdarəsinin 70-dən çox əməkdaşı cəlb olunub.

loading...
Diaspora