Qurban bayramı münasibətilə şəhid ailələri ziyarət olunub - FOTO

Qurban bayramı münasibətilə şəhid ailələri ziyarət olunub - FOTO backend

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəhbərliyi tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə Qurban bayramı ərəfəsində şəhid ailələri ziyarət olunub.

Qaziler.az bildirir ki, SHXÇDX-nin rəhbərliyi şəhid ailələrinə baş çəkib, bayram münasibətilə onları təbrik ediblər. Görüşlərdə Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın xatirələri ehtiramla anılıb. Bildirilib ki, torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə fəxr edir, qürur duyuruq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, müharibə veteranlarına ən yüksək səviyyədə diqqət və qayğının göstərildiyi, onların sosial məsələlərinə daim həssaslıqla yanaşıldığı, problemlərinin həlli istiqamətində mütəmadi olaraq dövlət proqramlarının həyata keçirildiyi vurğulanıb.

 Qeyd edək ki, SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən respublikanın şəhər və rayonlarını əhatə etməklə bir qrup şəhid ailələrinin ziyarəti həyata keçirilib və bayram sovqatları çatdırılıb.

loading...
Diaspora