Ürəyi partlayan qazinin ölüm səbəbi ilə bağlı İLKİN REAKSİYA

Ürəyi partlayan qazinin ölüm səbəbi ilə bağlı  İLKİN REAKSİYA backend

"Qaziylə kobud rəftar olunmayıb. Həkimin bildirdiyinə görə, o artıq icraya gələnə kimi halı pisləşibmiş".

Bu barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarına etiraz edərkən ürəyi partlayan qazinin ölüm səbəbi ilə bağlı Ədliyyə Nazirliyindəki mənbələrdən Qaziler.az-a daxil olan məlumatda qeyd edilib. Bildirilib ki, qazinin kartına blok qoyulmayıb.

"Qazi polkovnik-leytenant Şahmurad Müseyib oğlu Məmmədov hərbidən pensiyaya çıxıbQərara əsasən, borc vətəndaşın 50 faiz pensiyasına yönəldilib. Məsələ ilə bağlı bu gün icra idarəsinə də xüsusi məlumat verilib, kartına blok qoyulmayıb. Bilirik ki, həmin borclu dəfələrlə əməliyyat olunmuş, infarkt keçirmiş biridi. İcra idarəsində ona qarşı hər hansı kobud rəftar olunmayıb. Həkimin bildirdiyinə görə, o artıq icraya gələnə kimi halı pisləşibmiş".

Qeyd edək ki, iyulun 7-də qazi, polkovnik-leytenant Şahmurad Müseyib oğlu Məmmədov Sumqayıtda məhkəmə ədalətsizliyinə etiraz edərkən ürəyi partlayıb. Bu haqda məlumatı Qarabağ qazisi Rey Kərimoğlu paylaşıb. 

loading...
Diaspora