Ruslan Əliyev şəhid ailəsini ziyarət edib - FOTO

Ruslan Əliyev şəhid ailəsini ziyarət edib - FOTO backend

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Qurban bayramı ərəfəsində şəhid Nurəhməd Ulubəyovun evinə baş çəkərək onun ailəsi ilə görüşüb.

Qaziler.az xəbər verir ki, şəhid ailəsini bayram münasibətilə təbrik edən baş direktor şəhidin atası Hacıbəy Ulubəyovla söhbət edərək onların qayğıları ilə maraqlanıb. Söhbət zamanı vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidin əziz xatirəsi yad edilib.

Qeyd edək ki, şəhidin atası Hacıbəy Ulubəyov uzun illərdi Birliyin İdarəetmə Aparatında çalışır.

loading...
Diaspora