Əməkdar jurnalist Mais Məmmədov xəstəxanaya yerləşdirilib.
Musavat.com xəbər verir ki, bu barədə onun həmkarı Vahid Mustafayev məlumat verib.
Onun sözlərinə görə, M.Məmmədov ağır mədəaltı vəzi xəstəliyi diaqnozu ilə reanimasiyaya yerləşdirilib.
Qeyd edək ki, iyunun 12-də Mais Məmmədovun 84 yaşı tamam olur.