Havalar isinir: 31 dərəcə isti

Havalar isinir: 31 dərəcə isti backend

Avqustun 29-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-22 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, axşam və gecə dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər ayrı - ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 16-21, gündüz 26-31 dərəcə, dağlıq rayonlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacaq.
Diaspora