Tahir Əmiraslanov kitablarını və arxivini yandırdı - VİDEO

Tahir Əmiraslanov kitablarını və arxivini yandırdı -  VİDEO backend

Milli Kulinariya Mərkəzinin keçmiş direktoru Tahir Əmiraslanov illərlə Milli Mətbəx Muzeyi üçün topladığı yüzdən çox mənbə, kitab və əlyazmalarını yandırıb.

Qaziler.az xəbər verir ki, bu barədə Əməkdar mədəniyyət işçisi sosial şəbəkədə paylaşım edib. O, görüntülərə bunları yazıb:

"Hər dəfə əsəbiləşəndə kitabların və arxivin bir hissəsini töküb yandırıram. Həm əsəblərim sakitləşır, həm ev boşalır, həm də ağcaqanadlar uzaqlaşır. Kitablar, diplomlar və sair yaxşı yanır. Bunları Milli Mətbəx Muzeyinə qoymaq üçün toplayırdım. Ölkəmə lazım olmayan şeylərin üstündə niyə əsməliyəm ki?".

Qeyd edək ki, Tahir Əmiraslanov bu ilin mayında vəzifəsindən azad edilib. Onun yerinə isə tanınmış teleaparıcı Orxan Fikrətoğlu gətirilib.

Diaspora