Həbs edilən əsgərin məmur atası: “Oğlumun harada olduğundan xəbərim yoxdur” - YENİLƏNİB

Həbs edilən əsgərin məmur atası: “Oğlumun harada olduğundan xəbərim yoxdur” -  YENİLƏNİB backend

Xəbər verdiyimiz kimi, Bakıda avtoşluq etdiyinə görə həbs olunan əsgər Əziz Məlikov ötən ayın 28-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad edilib. Onun barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilib. Lakin, Əziz Məlikov qətimkan tədbirinin şərtlərini kobud şəkildə pozmaqla qaçıb gizləndiyinə görə, Hərbi prokurorluğun təqdimatı əsasında 6 iyul 2022-ci il tarixdə məhkəmənin qərarı ilə yenidən həbs olunub.

Bu barədə “Unikal”a açıqlama verən Əziz Məlikovun atası Soltanpaşa Məlikov məsələdən xəbərsiz olduğunu bildirib:

“Mənim bu barədə məlumatım yoxdur. Ümumiyyətlə, hazırda oğlumun harada olduğunu bilmirəm. Öyrənib sizə məlumat verərəm”, - deyə o əlavə edib.

Qeyd edək ki, Soltanpaşa Məlikov Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir.

20:45

Xəbər verdiyimiz kimi, iş adamının hərbi xidmətdə olan oğlu Bakıda avtoşluq edərək görüntülərini sosial şəbəkələrdə paylaşmışdı.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Qafqaninfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Hərbi prokurorluqda istintaq edilən cinayət işi üzrə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məlikov Əziz Soltanpaşa oğlunun xidmət yerini özbaşına tərk edərək hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırması müəyyən edildiyindən, ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilmiş və Bakı Hərbi Məhkəməsinin qərarı ilə 22 iyun 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Apellyasiya Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Əziz Məlikovun müdafiəçisinin şikayəti əsasında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmaqla, o, həbsdən azad edilmiş və barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmişdir.

Lakin, Əziz Məlikov qətimkan tədbirinin şərtlərini kobud şəkildə pozmaqla qaçıb gizləndiyinə görə Hərbi prokurorluğun təqdimatı əsasında 06 iyul 2022-ci il tarixdə məhkəmənin qərarı ilə barəsində təkrarən həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda istintaq davam etdirilir.

Qeyd edək ki, avtoşluq edən Əziz Məlikov vəzifəli şəxsin oğludur. Belə ki, onun atası Soltanpaşa Məlikov Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir.

Diaspora