Birgə maliyyələşmə proqramı üzrə 841 şəxs işlə təmin edilib

Birgə maliyyələşmə proqramı üzrə 841 şəxs işlə təmin edilib backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə 2022-ci ilin 6 ayı ərzində 850 işsiz şəxsə iş yerlərinə göndərişlər verilib.

Nazirlikdən Qaziler.az-a verilən xəbərə görə, 300-dən çox namizəd artıq işə qəbul prosesini tamamlayıb. Proqram üzrə cari ilin ötən dövründə 80-dək, ümumilikdə isə 262 işəgötürənlə əməkdaşlığa başlanıb və onlarla müqavilələr imzalanıb. Həmin müqavilələr üzrə əsasən şəhid ailəsi üzvləri və qazilərdən ibarət 841 şəxs işlə təmin edilib.

İşlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanıb. Proqram əsasında işlə təmin edilən şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.

loading...
Diaspora