Nazirlər Kabineti “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” yeni qərar qəbul edib.
Lent.az-ın məlumatına görə, “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda aşağıdakı dəyişikliklər edilib:
"Elektron məhkəmə” informasiya sistemi, müavinət alan məcburi köçkünlərin adlı siyahıdan ibarət informasiya ehtiyatı, Müdafiə Nazirlyinin xüsusi təyinatlı təhsil müəssisələrinin vahid məlumat sistemi, “Tələbə-məzun” dövlət elektron məlumat sistemi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vahid elektron informasiya sistemi “Elektron hökumət” portalına qoşulacaq.
Qərarda edilən digər dəyişikliyə əsasən, Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri üzrə isə ailə tərkibi və təsərrüfatı barədə məlumatlar, qəyyumluqda (himayədə) olan uşaqlar barədə məlumatlar “Elektron hökumət” portalında yerləşdirilməlidir.