Qaradağ rayonunda qaz kəsiləcək

Qaradağ rayonunda qaz kəsiləcək backend

Sabah Bakının Qaradağ rayonunun bir hissəsinin təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Düvannı-Qaradağ” yüksək təzyiqli magistral qaz kəmərinin 6-7-ci km-lər və 9-10-cu km-lər arası hissələrinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar, iyulun 5-i saat 08:00-dan işlər başa çatana qədər “Səngəçal”, “Sement zavod” Qaz Paylayıcı Stansiyalarından (QPS) və magistral qaz kəmərindən qidalanan “Gips zavodu” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Qaradağ rayonu üzrə Sahil, Səngəçal, Umbakı, Əzimkənd qəsəbələrinin, Yol evləri, Bağ evləri və Stansiya Qaradağ ətrafı yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Diaspora