“Azərişıq”dan borclu abonentlərə XƏBƏRDARLIQ

“Azərişıq”dan borclu abonentlərə XƏBƏRDARLIQ backend

“Azərişıq” ASC borclu abonentlərə müraciət edib. ASC-nin Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, cəmiyyətin fəaliyyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı avqustun 28-i, saat 12:00-dan etibarən müvafiq qanunvericliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.


Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin “Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərə qarşı “Azərişıq” ASC tərəfindən ciddi tədbirlər görüləcək.

Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.
Diaspora