Vaksin vurduranların bugünkü sayı...

Vaksin vurduranların bugünkü sayı... backend

Azərbaycanda son sutkada 1 457 nəfər vaksinasiya olunub.

Qaziler.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 493, ikinci doza vaksinlərin sayı 168 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 671-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 125 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 772 490, birinci doza peyvəndlərin ümumi sayı 5 356 988, ikinci doza vaksinlərin sayı 4 854 386 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 311 403, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 249 713 olub.

Diaspora