“İndi Şuşada türkün səsi eşidilir” - Fərid Şəfiyev

“İndi Şuşada türkün səsi eşidilir” - Fərid Şəfiyev backend

“Şuşada Türkdilli dövlətlərin araşdırmalar mərkəzlərinin növbədənkənar toplantısındayıq. Payızda isə Özbəkistanda Türkdilli ölkələrin beyin mərkəzlərinin toplantısının keçirilməsi gözlənilir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

“Bu gün biz Türkdili ölkələrin üzləşdiyi problem və çağırışları, bu dövlətlərdə baş verən son hadisələri müzakirə edəcəyik”, - o əlavə edib.

F.Şəfiyev vurğulayıb ki, bu görüşün Şuşada keçirilməsi çox əlamətdar hadisədir: “Türkün səsi indi burada da eşidiləcək”.

loading...
Diaspora