Sosial sığorta ödəmələri ilə bağlı müraciətlərin nəticələri artıq ONLAYN REJİMDƏ

Sosial sığorta ödəmələri ilə bağlı müraciətlərin nəticələri artıq  ONLAYN REJİMDƏ backend

DSMF yeni e-xidməti təqdim edib.

Qaziler.az bildirir ki, Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi yeni elektron xidmət vasitəsilə siz bundan sonra sosial sığorta ödəmələri:

  • əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə,
  • hamiləliyə və doğuma görə,
  • uşağın 3 yaşı tamam olanadək ona qulluq etməyə görə,
  • uşağın anadan olmasına görə,
  • dəfn xərci kimi nəzərdə tutulan müavinət

ilə bağlı müraciətinizə baxılmasının nəticəsini hər hansı bir quruma müraciət etmədən artıq onlayn rejimdə öyrənə bilərsiniz.

Bunun üçün:

  • e-sosial.az portalında qeydiyyatdan keçmək üçün 5 üsuldan birini seçib portala, ordan isə şəxsi kabinetinizə daxil olursunuz;
  • Açılan növbəti səhifədə “Sosial sığorta ödəmələri” bölümünü seçirsiniz.

Bu zaman müraciətinizin nəticəsi olaraq məlumatı  - müraciətin qəbul edilmə tarixi, təyin olunan müavinətin növü, məbləği, ödənişə göndərilmə tarixi və s. məlumatları görəcəksiniz.

Diaspora