Nə qədər ki, Qarabağda Rusiya hərbçiləri qalır...

Nə qədər ki, Qarabağda Rusiya hərbçiləri qalır... backend

Azərbaycan daha 3 il səbir edəcəkmi? Ekspertlər deyir ki...

Bəzi rusiyalı və erməni politoloqlar, ermənipərəst rusiyalı deputatlar tez-tez belə iddia irəli sürürlər ki, əgər Rusiya sülhməramlı qüvvələri Qarabağdadırsa, “Dağlıq Qarabağ problemi” həll edilmiş sayıla bilməz. Yəni bununla rəsmi Bakının əsas tezisini - “Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur, müharibə bitib” kimi mövqeyini “vurmağa” çalışırlar.

Məsələn, bu günlərdə erməni mediasına müsahibə verən tanınmış rusiyalı politoloq Aleksandr Skakov deyib: “Rusiyanın mövqeyi belədir ki, Qarabağ problemi bitməyib, əks halda bizim sülhməramlılarımızın orada nə işi var, hansı funksiyanı yerinə yetirirlər? Nə qədər ki, Rusiya sülhməramlıları oradadır, problem qapanmış sayıla bilməz”.

Belədirmi?

Fərhad Mehdiyev: “Nazir özünü təmizə çıxarmaq istəyirsə, oğlunun gəlir  mənbəyini açıqlamalıdır”

Fərhad Mehdiyev

Beynəlxalq hüquq eksperti Fərhad Mehdiyev “Yeni Müsavat”a bildirdi ki, sülhməramlıların olması konflikt olmuş zonalarda müharibənin bitdiyini və ya bitmədiyini hüquqi baxımdan göstərən amil deyil, ona görə də rusiyalı siyasi analitiklərin və erməni politoloqların yanaşmaları doğru sayıla bilməz: “Beynəlxalq hüquqa görə, sülhməramlılar konflikt başa çatdıqdan sonra və ya konfliktin sonuna doğru yerləşdirilir. Bundan sonra sülh sazişi hazırlığı və imzalanması prosesi gəlir. Yəni sülhməramlılar buna şərait yaratmaq, sülh prosesinə qarşı ola biləcək mümkün manelərin qarşısını almaq üçündür. Sülhməramlılar qalıcı sülh üçün zəmin yaratmaq üçün konflikt olmuş əraziyə gəlirlər. Sülhməramlılar o ərazidə mövcudluğu sülh yaratma prosesində bir mərhələdir. Ona görə də rus və erməni analitiklərin yanaşması manipulyativ yanaşmadır. Artıq Azərbaycanın ərazi bütövlüyü mübahisə olunmur. Hər kəs, hətta Nikol Paşinyan daxil olmaqla hər kəs Azərbaycanın ərazi bütövlüyünü qəbul edir və etməlidir. Erməni silahlı birləşmələrinin, silahlı qrupların hələ də Qarabağda qalması isə problemdir. Bu problem həll olunmalıdır”.

Murad Sadəddinov: “Türkiyə artıq istənilən vaxt Azərbaycanın hərbi  müdafiəsinə qoşulmaq səlahiyyəti əldə edib”

Murad Sadəddinov 

Politoloq Murad Sadəddinov bildirdi ki, Rusiyada və Ermənistanda müxtəlif politoloqlar özlərinə sərf eləyən formada istənilən şərhi yazmaqdan çəkinmirlər: “Kimin ağlına nə gəlirsə, yazır, danışır. Onların əsassız fikirlərinə çox da əhəmiyyət verməmək lazımdır. Birincisi, problem sözündən danışırıqsa, bu sözə hər kəs öz nöqteyi-nəzərindən baxır. Əvvəla, Dağlıq Qarabağ artıq ərazi kimi mövcud deyil. İkincisi, hazırda ermənilərin yaşadığı Azərbaycan ərazilərində sülhməramlıların yerləşməsi müharibənin, problemin bitmədiyi hesab oluna bilməz. Sülhməramlıların bölgədə qalması 10 noyabr üçtərəfli bəyanatında 5 il nəzərdə tutulub. Azərbaycan beş il tamam olmadan da istənilən vaxt sülhməramlıların çıxarılması məsələsini qoysa, sülhməramlılar oradan çıxarılmalıdır. Bunu da 10 noyabr üçtərəfli bəyanatı nəzərdə tutur. Odur ki, hazırda sülhməramlıların Qarabağda olmasını problemin həll edilmədiyi, müharibənin bitmədiyi kimi yozan rus və erməni analitiklər bunları nəzərə almalıdırlar. Digər tərəfdən də 44 günlük müharibənin nəticələri Qarabağ məsələsini qlobal problem statusundan çıxarıb. Artıq beynəlxalq güclərin bu məsələyə müdaxilə eləmək imkanlarını məhdudlaşdırmışıq. Silahlı ermənilərin ərazimizdən çıxarılması məsələsini də Azərbaycanın güc strukturları istənilən vaxt həll etmək hüququna sahibdirlər. Yəni bu məsələ və Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərin Qarabağda saxlanıb saxlanmaması məsələsi də Azərbaycanın daxili işidir”.


 

Diaspora