İran Azərbaycanla sərhədi bağlayır? – Səfirlik

İran Azərbaycanla sərhədi bağlayır? –  Səfirlik backend

Sosial şəbəkələrdə İran İslam Respublikasının quru sərhədlərini iki ay müddətinə bağlayacağına dair məlumatlar paylaşılıb. Məsələ sosial şəbəkə istifadəçiləri arasında ciddi müzakirələrə səbəb olub. 

İran İslam Respublikasının Bakıdakı Səfirliyinin mətbuat şöbəsindən Oxu.Az-a bildirilib ki, İranın quru sərhədlərini iki ay müddətinə bağlaması ilə bağlı yayılan xəbərlər əsassızdır.

“Bildiririk ki, ötən ilin noyabr ayından etibarən İranın bütün quru, hava və dəniz sərhədləri beynəlxalq turistlər və qonşu dövlətlər üçün, xüsusən də İran və Azərbaycan sərhədləri, eləcə də İran və Naxçıvan Muxtar Respublikasının sərhədləri açıqdır. İran İslam Respublikasından beynəlxalq turistlərin və qonşu ölkələrin vətəndaşlarının ölkəyə giriş-çıxışı üçün heç bir məhdudiyyət yoxdur”.

Diaspora