General-mayor rütbəsi alanlar kimlərdir? - FOTO

General-mayor rütbəsi alanlar kimlərdir? -  FOTO backend

Bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dörd zabitinə polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Rütbə alan Daanov Canpolad Alı oğlu Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisidir.

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi təyin edilib.

Ailəlidir, iki övladı var.

Ali xüsusi rütbəyə layiq görülən Namiq Zirəddin oğlu Həsənov 2020-ci ilin noyabr ayından Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisidir. O, bundan öncə Suraxanı rayonunun polis rəisi olub. 

Ailəlidir, üç övladı var.

General-mayor rütbəsi alan Vüqar Hidayət oğlu Ələkbərov Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavinidir. 

O, 2020-ci ilin iyun ayında Bakı Şəhər BPİ rəisinin müavini, dekabr ayında isə rəisin əməliyyat işi üzrə müavini vəzifəsinə təyin olunub.

Ailəlidir, iki övladı var.

Rütbə alanlardan Səfərov Sərdar Süleyman oğlu Bakı Şəhər Baş Polis İdarəsi rəisinin xidmət üzrə müavini vəzifəsində çalışır.

2022-ci ilin fevral ayından Bakı Şəhər BPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin olunub. 

Ailəlidir, üç övladı var.

Diaspora