ƏMAS-da yeni funksional imkanlar yaradılıb

ƏMAS-da yeni funksional imkanlar yaradılıb backend

“Əmək və Məşğulluq” altsistemində (ƏMAS) yeni funksionallıqlar yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a verilən məlumata görə, artıq əmək müqaviləsinin bağlanma tarixi  əvvəlki dövrə  aid olan və hər hansı səbəbdən işəgötürən tərəfindən indiyədək e-sistemə daxil edilməmiş əmək müqaviləsi bildirişlərinin də sistemə əlavə olunması mümkün olacaq.  

Həmçinin yanlış daxil edilmiş bildirişlərin etibarsız edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ƏMAS üzərindən elektron qaydada müraciət etmək də olar.

Əvvəllər işəgötürən tərəfindən xitam bildirişlərinin yalnız 24 saat ərzində etibarsız edilməsi mümkün idi. Hazırda isə işəgötürənlərə heç bir məhdudiyyət qoyulmayıb. Onların müraciətinə DƏMX tərəfindən baxılaraq, uyğun görüldüyü halda müvafiq əməliyyatın icra edilməsinə icazə veriləcək.  

loading...
Diaspora