Ölkədə koronaya yoluxanların sayındakı artımın səbəbi açıqlandı - RƏSMİ

Ölkədə koronaya yoluxanların sayındakı artımın səbəbi açıqlandı - RƏSMİ backend

"Yay mövsümü olduğundan insanlar daha çox kütləvi tədbirlərə üz tutur. Bu səbəbdən koronavirusa yoluxma saylarında nisbətən artım qeydə alınır".

Qaziler.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, ümumilikdə ölkədə epidemioloji vəziyyət sabitdir: "Ağırlaşmalar demək olar ki, yoxdur. Hospitalizasiya olunanların sayı çox azdır. Hesab edirik ki, epidemioloji vəziyyət tam nəzarətdədir. Təbii ki, hər hansı bir sıçrayış olsa, uyğun şəkildə müvafiq addımlar atılacaq".

Diaspora