Ölkədə əhalinin neçə faizi koronavirusa qarşı vaksin vurdurub?

Ölkədə əhalinin neçə faizi koronavirusa qarşı vaksin vurdurub? backend

"Azərbaycanda koronavirus əleyhinə vaksinasiya prosesi uğurla davam edir. Risk qrupuna aid edilən şəxslərin demək olar ki, 90 faizi artıq peyvənd vurdurub".

Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, həmin şəxslər hətta buster dozanı da qəbul ediblər: "Sevindirici haldır ki, vətəndaşlarımızın məsuliyyəti yüksək səviyyədədir. Ümumi əhalinin peyvəndlənmə statistikasına gəlincə, bu göstərici təxminən 74 % təşkil edir. Bu da müsbət rəqəmdir. Çünki bu, bizə kütləvi immunitetin tam formalaşmasından danışmağa imkan verir.

Təbii ki, koronavirus pandemiyası hər dəfə yeni sürprizlər ortaya çıxarır. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən payız mövsümü üçün lazımi tədbirləri görüb ikinci səviyyəli hazırlıq prosesinə çatmalıyıq. Bu istiqamətdə bütün addımlar atılır. Ümidvaram ki, payız fəslini sıçrayışsız keçsək pandemiyanın sonu barədə nəsə danışa bilərik. Hələ tezdir".

Diaspora