Bu gün - 30 iyun Milli "Sevgililər Günü" münasibəti ilə Şəhidlər xiyabanında Qanlı 20 Yanvar şəhidi İlham Allahverdiyev və onun həyat yoldaşı Fərizənin məzarı ziyarət olunub.
Qaziler.az bildirir ki, saat 11-də başlanan ziyarətdə İlham və Fərizənin ailə üzvləri və yaxınları iştirak edib. Onlar İlhamla Fərizənin xatirəsini yad edib, məzarları üstə gül dəstəsi qoyublar.
Xatırladaq ki, 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyərək özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ölkəmizdə sevginin, sədaqətin simvolu hesab edilir və 30 İyun qeyri-rəsmi də olsa hər il Azərbaycanda "Gevgililər günü" olaraq qeyd edilir.



