Ölkədə koronaya yoluxanların sayı açıqlandı

Ölkədə koronaya yoluxanların sayı açıqlandı backend

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 793 224 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 343 nəfər müalicə olunaraq sağalıb, hazırda 164 aktiv xəstə var. Bu günə qədər 9 717 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 174, bu günə qədər isə ümumilikdə 6 961 028 test icra olunub.

loading...
Diaspora