Mənəvi irsimizi qoruyan 10 yaşlı TƏŞKİLAT

Mənəvi irsimizi qoruyan 10 yaşlı  TƏŞKİLAT backend

Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin yaranmasının 10 ili tamam olur.

Qaziler.az 525.az-a istinadla xəbər verir ki, Sevinc Əzimbəyliyinin rəhbərliyi ilə fəaliyyət göstərən "Yeni Üfüq" ölkədə milli-mənəvi dəyərlərin xalqımıza, xüsusilə gənclərə təbliğ olunması yolunda uğurlu fəaliyyət göstərməkdədir. Birlik yarandığı gündən indiyədək gənclər arasında milli vətənpərvərlik ruhunun aşılanması, eləcə də xeyirxahlıq ənənələrinin gənclərə təbliğ olunması uğrunda çoxlu sayda uğurlu layihələr həyata keçirib. Həmin layihələrdə iştirak edən gənclər bu gün istər dövlət qurumları, istərsə də özəl sektorda çalışırlar. 

Onu da qeyd edək ki, “Yeni Üfuq” İctimai Birliyi hər zaman ardıcıl olaraq cəbhə bölgəsində qəhraman zabit və əsgərlərimizi ziyarət edib. Ötən 10 il ərzində Sevinc Əzimbəylinin rəhbərliyi və təşkilatçılığı ilə minlərlə müqəddəs şəhid doğmaları və qəhrəman qazilər ziyarət edilib. Bu müqəddəs missiya bu gün də davam edir. 

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli dövlətin milli maraqlarından çıxış edib. Heç şübhəsiz ki, o hər zaman “Azərbaycanda milli-mənəvi dəyərlərimizin əsl təəssübkeşi ölkə başçısı İlham Əliyev cənablarıdır” fikrini sitatlarında xüsusi olaraq vurğulayıb. 

"Qarabağ qaziləri" İctimai Birliyi və Qaziler.az saytının kollektivi bu gün 10 yaşı tamam olan “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyini təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayır. 

loading...
Diaspora