İntihar edən həkim məşhur Kəngərli nəslindəndir?

İntihar edən həkim məşhur Kəngərli nəslindəndir? backend

"Kəngərli Azərbaycanda böyük və tanınmış nəsildir. Amma o demək deyil ki, o xanım Kəngərli ailəsindəndir".

Bu sözləri Axar.az-a açıqlamasında tanınmış iş adamı Cəlal Kəngərli intihar etdiyi deyilən həkim Xalidə Kəngərli ilə qohumluğu olub-olmaması barədə danışarkən deyib.

O bildirib ki, Naxçıvandan başqa Ağdam və Tərtərdə də Kəngərlilər var:

“Qohum olub-olmadığımızı deyə bilmərəm. Kəngərlilər böyük nəsildir və mən onu tanımaya bilərəm”, - C.Kəngərli deyib.

Qeyd edək ki, tanınmış ginekoloq-həkim Xalidə Kəngərli özünü Yasamal rayonunda yaşadığı çoxmərtəbəli binadan atıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Diaspora