İntihar edən həkimlə bağlı diqqətçəkən faktlar

İntihar edən həkimlə bağlı diqqətçəkən faktlar backend

Azərbaycanın tanınmış ginekoloqu Xalidə Kəngərlinin intihar səbəbi ilə bağlı sensasiyalı iddialar səsləndirilir.

Qaziler.az Publika.az-a istinadən xəbər verir ki, X.Kəngərli daha öncə 2 dəfə ailə qurub. Hazırkı isə onun 3-cü evliliyidir.

Mediada və sosial şəbəkədə yazılanların əksinə olaraq, onun ailəsi ilə hər hansı mübahisəsinin olmadığı bildirilib. Hətta intihar etdiyi gün ailədə xüsusi mehribanlıq olub.

Həyat yoldaşının psixoloji problemləri haqda iddialarında heç bir əsası yoxdur.

İntiharın səbəbi kimi X.Kəngərlinin ailədənkənar şəxsi münasibətlərində yaranan gərginlik göstərilir. Mərhum həkimin qəfil qərar verməyə meyilli olduğu da iddialar arasındadır.

Hazırda istintaq gedir və müstəntiqlər bütün versiyaları incələyirlər.

Qeyd edək ki, X.Kəngərlinin 2 azyaşlı övladı var.

O, bu gün Hövsan qəbiristanlığında dəfn olunub.

loading...
Diaspora