İctimai Səhiyyə və İslahatlar Mərkəzi tütün əleyhinə videoçarx hazırlayıb

İctimai Səhiyyə və İslahatlar Mərkəzi tütün əleyhinə videoçarx hazırlayıb backend

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (ISIM) ictimai səhiyyə məsələlərinə aid olan sosial videoçarxların yerli şəraitə uyğunlaşdırılması üzrə daha bir layihəni yekunlaşdırıb.



İSİM-dən AZƏRTAC-a bildirilib ki, Avstraliyanın Onkoloji Xəstəliklər İnstitutunun “Sponge” tütünlə mübarizə kampaniyasının videoçarxı İSİM-in mütəxəssisləri tərəfindən Azərbaycan dilində hazırlanıb.

Beynəlxalq aləmdə böyük maraq doğuran və bir çox dillərdə, o cümlədən rus və türk dillərində səsləndirilən videoçarxda gündə bir qutu siqaret çəkən insanın ağciyərlərinə il ərzində daxil olan kanserogen mayenin miqdarı nümayiş etdirilir. Videoçarxda sadə, lakin çox təsiredici qrafikadan istifadə edilir ki, bu da siqaret çəkən insanları tütünün sağlamlığa zərərli təsiri barədə düşünməyə və bu təhlükəli vərdişdən imtina etməyə vadar edir
Diaspora