Bakı – Şuşa – Bakı istiqamətində əlavə reysin açılması qərara alınıb.
Bu barədə Apa-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib.
Qeyd olunub ki, iyul ayından etibarən sərnişinlər Bakı – Şuşa – Bakı istiqamətində həftənin bütün günləri səfər edə biləcəklər. İyul ayına olan biletlər iyunun 27-i, saat 15:00-da satışa çıxarılacaq.