“QHT ziyarətləri” layihəsi çərçivəsində agentliyin nümayəndələri BAMF-ın qonağı olublar - FOTOLAR

“QHT ziyarətləri” layihəsi çərçivəsində agentliyin nümayəndələri BAMF-ın qonağı olublar -  FOTOLAR backend

İyunun 22-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi “QHT ziyarətləri” layihəsi çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş ofisini ziyarət ediblər.

 

Qaziler.az Ednews-a istinadən xəbər verir ki, ofislə tanışlıqdan sonra Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, agentliyin icraçı direktoru Aygün Əliyeva, BAMF prezidenti Umud Mirzəyev və Proqram departamentinin rəhbəri Xudaverdi Quliyevin iştirakı ilə ikitərəfli görüş keçirilib.

 

 

Görüş iştirakçılarını salamlayan Umud Mirzəyev təşkilatın gördüyü işlərdən və son illərdəki fəaliyyətindən söz açıb. O bu ilin sentyabr ayında 30 illik yubileyini qeyd etməyə hazırlaşan BAMF-ın hazırda icra etdiyi layihələr barəsində ətraflı məlumat verib. Təşkilat rəhbəri, vətəndaş cəmiyyəti qurumlarının potensialının artırılması və inkişafı istiqamətində ölkədə geniş imkanların olduğunu və bunun üçün bütün səylərin ortaya qoyulmasının zəruriliyini vurğulayıb.

 

 

Ölkədə fəaliyyət göstərən QHT-lərin peşəkarlıq səviyyəsinə toxunan Vüsal Quliyev, QHT-Dövlət münasibətlərinin inkişafının vacibliyindən danışıb. O BAMF-ın həyata keçirdiyi layihələrin əhəmiyyətini ayrıca qeyd edib və görülən işləri yüksək qiymətləndirdiyini bildirib. 

 

Görüşdə həmçinin BAMF-ın 30 illik yubiley tədbirlər planı ilə bağlı da müzakirələr aparılıb. Sonda xatirə şəkli çəkdirilib.

loading...
Diaspora