Ərdoğan Türkiyəyə yardıma gedən azərbaycanlı yanğınsöndürənlərlə görüşüb

Ərdoğan Türkiyəyə yardıma gedən azərbaycanlı yanğınsöndürənlərlə görüşüb backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Marmarisdə meşə yanğınlarının söndürülməsi ilə bağlı kömək üçün hadisə yerinə göndərilən azərbaycanlı yanğınsöndürənlərlə görüşüb.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Görüş Muğla şəhərinin Dalaman hava limanında baş tutub. Türkiyə Prezidenti bölgədə neçə gündür davam edən yanğınla bağlı məlumatlandırılıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədəki meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə Türkiyəyə göndərilib.

loading...
Diaspora