35 avtomobilin sürücüsü barədə protokollar tərtib edilib

35 avtomobilin sürücüsü barədə protokollar tərtib edilib backend

Nəqliyyat vasitələrindən atılan zərərli qazlarla atmosferin çirklənməsinin qarşısının alınması və buna nəzarətin gücləndirilməsi məqsədi daşıyan “Təmiz hava” aylığı çərçivəsində növbəti reyd avqustun 27-də Xaçmaz şəhərində keçirilib.


AZƏRTAC xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsi dövlət yol polisi bölməsi və 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi əməkdaşlarının birgə keçirdikləri reyd zamanı nəqliyyat vasitələrindən havaya buraxılan dəm qazının normalara uyğun olub-olmaması yoxlanılıb.

Xaçmaz Rayon Polis Şöbəsi dövlət yol polisi bölməsinin rəisi Əliaga Əskərbəyli AZƏRTAC-a müsahibəsində bildirib ki, şəhərin Nəriman Nərimanov prospektində keçirilən reyd zamanı, ümumilikdə, 140 avtomobil fərdi qaydada yoxlanılıb. Atmosfer havasını çirkləndirən 35 avtomobilin sürücüsünə dövlət yol polisi əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib edilib.

Yoxlamaya cəlb olunan nəqliyyat vasitəsi sahiblərinin və sürücülərin nəzərinə çatdırılıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasından sonra istismar etməlidirlər
Diaspora