Tofiq Hacıyev istefa ərizəsini geri götürüb

Tofiq Hacıyev istefa ərizəsini geri götürüb backend

"Dilçilik İnstitutundakı vəzifəmdən çıxmaq haqqında ərizəmi geri götürmüşəm. Əslində, ərizə qeyri-qanuni idi, çünki onu məzuniyyətdə olan vaxt yazmışdım".

Lent.az-ın "Report"a itinadən xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev deyib.
Akademik bildirib ki, işdən çıxması ilə bağlı qərarı tələsik qəbul edib: "O vaxt əsəbi şərait var idi, işdən çıxmaq barədə ərizə verdim. Sonra yazıları, müxtəlif münasibətləri gördüm, fikrimi dəyişmişəm. Nə səbəbə belə bir vəziyyət yaranıb, onu aydınlaşdırmaq üçün işə qayıtmaq istəyirəm. Ona görə də ərizəmi geri götürmüşəm".
Diaspora