İlham Əliyevin tapşırığı ilə Türkiyəyə amfibiya təyyarəsi göndərilir - Yenilənib

İlham Əliyevin tapşırığı ilə  Türkiyəyə amfibiya təyyarəsi göndərilir - Yenilənib backend

Türkiyədə yanğınların söndürülməsində iştirak etmək üçün birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarəsi 10 nəfərlik heyətlə Muğlaya yola düşüb.

"Report"un xəbərinə görə, təyyarə əvvəlcə Muğlada Dalaman Hava Limanına enəcək, daha sonra yanğınsöndürmə əməliyyatlarına qoşulacaq.

*****

16:51

Türkiyə Respublikasının Muğla bölgəsində hazırda meşə yanğınları davam edir. Yanğınların söndürlməsində iştirak etmək üçün birbaşa  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarəsi 10 nəfərlik heyətlə Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşür .

"Report"un xəbərinə görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlama verən Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin rəisi, general-mayor Əşrəf Qasımov bildirib ki, təyyarə ötən il də Türkiyədə baş verən yanğının söndürülməsinə iştirak edib:

"Bu, yanğınların söndürülməsində ən effektiv təyyarədir. Təyyarə suyun üzərində durmadan 18-20 saniyəyə 12 ton su götürmə həcminə malikdir. Suyu götürərək yanğın bölgəsinə yola düşür və bu gündən etibarən qardaş ölkə Türkiyədə yanğınların söndürülməsində iştirak edəcək".

 

*****

15:10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə yaxın saatlarda Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşəcək.

Bu barədə FHN-dən məlumat əldə edib.

Hazırda təyyarənin yola salınması üçün hazırlıq işləri gedir.

Qeyd edək ki, iyunun 21-dən Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda meşə yanğınları başlayıb. Son məlumata görə, yanğının söndürülməsinə 253 yanğınsöndürən maşın, 26 su tankeri olmaqla, ümumilikdə 598 texnika cəlb olunub. Həmçinin 27 helikopter, 14 təyyarə və 2 604 canlı qüvvə yanğınsöndürmə əməliyyatında iştirak edir.

loading...
Diaspora