Əlillərə avtomobillərin veriləcəyi tarix açıqlandı

Əlillərə avtomobillərin veriləcəyi tarix açıqlandı backend

Bu ilin sonuna kimi avtomobillər verilməsi başa çatdırılacaq. Sentyabrın sonlarından etibarən növbədə duran əlillərə avtomibillərin verilməsinə başlanacaq. Bu barədə ANS PRESS-ə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Elman Babayev məlumat verib. Onun sözlərinə görə, ümümilikdə 400 ədəd avtomobilin verilməsi nəzərdə tutulub. Bunlardan 100 ədədi sentyabrın-15-ə kimi gətiriləcək. İlin sonuna kimi isə avtomobillər sahiblərinə növbəli şəkildə təqdim olunacaq.

Elman Babayev onu da əlavə edib ki, avtomobil alacaq əlillərin siyahısı nazirliyin saytında yerləşdirilib.
Diaspora