Ukrayna müttəfiqlərinə Qərbin verdiyi silahlarla Rusiya ərazisinə hücum etməyəcəyinə və onlardan yalnız müdafiə üçün istifadə edəcəyinə inandırıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Kristin Lambrext Bundestaqdakı çıxışında bildirib.
"Müharibə bölgəsini silahla təmin etmək asan qərar deyildi. Məndən soruşsanız, Ukrayna silah toplamır, lakin onun özünü təcavüzkardan - Rusiyadan müdafiə etmək üçün kifayət qədər silahı olmalıdır", - deyə, Kristina Lambrext söyləyib.
Xatırladaq ki, Almaniya hökuməti dünən Ukraynaya təhvil verilmək üçün hazırlanan silahların siyahısını dərc edib. Burada 30 ədəd “Gepard” tipli özüyeriyən artilleriya qurğusu, “IRIS-T SLM” hava hücumundan müdafiə sistemləri və “M113” tipli zirehli PDM-lər diqqəti cəlb edir.
Bundan başqa Ukraynanın müdafiə naziri Aleksey Reznikov Ukrayna Silahlı Qüvvələrinin Almaniyadan “Panzerhaubitze2000” özüyeriyən artilleriya qurğuları aldığını təsdiqləyib. Ukrayna hərbçiləri həmin silahları idarə etmək üçün Almaniyada təlim də keçiblər.