Azərbaycanda bu gündən rezidenturaya keçiriləcək qəbul imtahanında iştirak etmək üçün namizədlərin ərizələrinin qəbuluna başlanılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sənəd qəbulu fevralın 16-dan 23-dək internet vasitəsi ilə aparılacaq.Namizəd ərizəni doldurduqdan sonra tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib “Namizədin elektron ərizəsi” formasını təsdiq etdirməlidir.
Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq namizədin qəbul proqramı əsasında baza fənləri, ikinci mərhələdə isə onun ixtisas fənləri üzrə bilikləri yoxlanılır.
İmtahanın birinci mərhələsi martın 15-də, ikinci mərhələsi iyulun 7-də keçiriləcək.