Tanınmış ekspert növbəti dəfə universitetə qəbul oldu

Tanınmış ekspert növbəti dəfə universitetə qəbul oldu backend

Tanınmış təhsil eksperti Kamran Əsədov növbəti dəfə ali təhsil müəssisəsinə qəbul olunub.

Qaziler.az xəbər verir ki, bu barədə o feysbukda paylaşım edib.

O bildirib ki, ADA Universitində təhsilin idarə edilməsi, menecerliyi üzrə magistr təhsili alacaq.

Qeyd edək ki, K.Əsədov 2007-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani bakalavr pilləsini, 2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin əyani Türk Dünyası ölkələri üzrə magistratura pilləsini, 2015-ci ildə Bakı Dövlət Universitetinin Azərbaycan Tarixi kafedrasının əyani Vətən Tarixi üzrə doktorantura pilləsini, 2019-cu ildə AMEA-nın Tarix İnstitutunun Qafqaz ölkələri şöbəsinin əyani doktorantura pilləsini bitirib.

loading...
Diaspora