“Afrikada nazir olsaydılar, istiyə görə tədrisi qadağan edərdilər” - Deputatdan ironiya

“Afrikada nazir olsaydılar, istiyə görə tədrisi qadağan edərdilər” - Deputatdan ironiya backend

“İnflyasiya 12,5 faiz nəzərdə tutulsa da, bazarlarda qiymətlər hər gün bahalaşır”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, sahibkarlığa şərait yaradılmalıdır.

“Rəsmi olaraq sahibkarlıq sahəsində yoxlamalar aradan qaldırılıb. Amma qeyri-rəsmi olaraq yoxlamalar aparılır”, - deyə o əlavə edib.

Millət vəkili qeyd edib ki, monopoliya aradan qaldırılmalıdır. Deputat dərslərin sentyabrın 1-də başlamasını da təklif edib.

“Belə arqument gətirirlər ki, isti olduğuna görə dərslər sentyabrın 15-də başlayır. Afrikada nazir olsaydılar, onda isti olduğuna görə tədrisi qadağan edərdilər ki!” - deyə Fazil Mustafa bildirib.

Millət vəkili müəllimlərin ən yüksək maaşa layiq olduqlarını da vurğulayıb.

loading...
Diaspora