Xeyriyyə aksiyasında 151 nəfər ağdamlı könüllü qan verib

Xeyriyyə aksiyasında 151 nəfər ağdamlı könüllü qan verib backend

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Ağdam rayon mərkəzi xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib.


AZƏRTAC xəbər verir ki, irsi qan xəstəliyi, qana ehtiyacı olan xəstələrə yardım məqsədilə keçirilən xeyirxah aksiyada rayon sakinləri fəal iştirak edib. Aksiya zamanı 151 nəfər ağdamlı könüllü olaraq qan verib.

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan müayinədən keçdikdən sonra hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.
Diaspora