Liviya sahillərində saxlanılmış gəminin yük bölməsində 50-dək cəsəd aşkar olunub.
ANS PRESS-in məlumatına görə, gəminin göyərtəsində olan daha 430 insan İsveç patrul gəmisi tərəfindən xilas edilib.
Xilasetmə əməliyyatını Avropa İttifaqının Aralıq Dənizindəki Frontex donanması həyata keçirib.
İtaliya rəsmilərinin sözlərinə görə , hazırda Liviya sahillərində miqrantların xilasetməsi üzrə 10-dək əməliyyat aparılır.
Liviya qaçaqmalçıları yaxşı hava şəraitindən faydalanaraq Avropa sahillərinə miqrantlarla dolu gəmilər göndərirlər.
Ümumilikdə, Avropaya çatana qədər 2000-dən artıq miqrantın öldüyü bildirilir.
Gəmidə ölənlərin cəsədinin xilas edilməsi
Analoji hal avqustun 24-də də baş verib. Qeyri-qanuni yollarla Türkiyədən çıxmaq istəyən qaçqınları daşıyan gəmi Çanaqqalanın Ayvacık bölgəsində sahilə yaxın yerdə batıb. Nəticədə 3 nəfər ölüb, 70 qaçqın isə sahil təhlükəsizliyi xidməti tərəfindən xilas olunub.
Əldə edilən məlumata görə, Suriya və Əfqanıstandan gəlmiş qaçqınlar Yunanıstanın Midili adasına keçmək istəyiblər.
Hadisəyə səbəb kimi havanın küləkli olması göstərilir. Şimali Egey dənizində qəfil baş verən fırtına gəminin batması ilə nəticələnib. Gəmidə olanlar sahil təhlükəsizliyi xidmətindən kömək istəyiblər. Sürətlə bölgəyə gedən sahil təhlükəsizlik gəmisi 70 adamı xilas etsə də, 3 adamın yalnız cəsədini tapa biliblər.
Egey dənizində batan gəmi ilə bağlı görüntülər