Bu gün keçirilən imtahanın nəticələri nə vaxt açıqlanacaq?

Bu gün keçirilən imtahanın nəticələri nə vaxt açıqlanacaq? backend

Dövlət İmtahan Mərkəzi dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə qəbul üzrə test imtahanı, inzibati rəhbər vəzifələrə aid olan AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirib.

Qaziler.az xəbər verir ki, AC və BA vəzifə qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı kompüter vasitəsilə keçirilib.

Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda imtahanın nəticələrinə dair arayış təqdim olunub.

Bu imtahanda 61 namizəd iştirak edib.

İmtahan nəticələrinə əsasən, AC1 altqrupu üzrə 2 nəfər, AC2 altqrupu üzrə 1 nəfər, AC3 altqrupu üzrə 1 nəfər, AC4 altqrupu üzrə 1 nəfər, BA1 altqrupu üzrə 3 nəfər, BA2 altqrupu üzrə 9 nəfər, BA3 altqrupu üzrə 16 nəfər, BA4 altqrupu üzrə 12 nəfər olmaqla, ümumilikdə 45 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb. İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 20-22 iyun tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək.

Kağız daşıyıcılar vasitəsilə keçirilən dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə qəbul üzrə test imtahanı, həmçinin BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanının nəticələri isə yaxın 2 gün ərzində elan olunacaq.

loading...
Diaspora