Bakıda Nuridə Qurbanovanın müxtəlif mövzulu fotolardan ibarət sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, "Alovun qəlbi" adlı fotosərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
N.Qurbanova bildirib ki, gələcəkdə də bu tip sərgilərin təşkilini planlaşdırır. O deyib: "Fotosərgilərlə yanaşı, üzərində işlədiyim film və kitabımın təqdimatı olacaq. Filmin təqdimatı Moskvada keçiriləcək və bu ekran əsəri beynəlxalq film festivalda nümayiş olunacaq. Çəkdiyim filmlə bağlı Azərbaycanda da film festivalı təşkil edəcəyəm".
Sərgi konsert proqramı ilə davam edib.
Daha sonra sərgidə nümayiş olunan fotolar auksiona çıxarılıb.
Qeyd edək ki, auksionda alınan fotolardan əldə olunan gəlir xeyriyyə məqsədilə istifadə ediləcək