“Onun ən böyük arzusu Azərbaycan Ordusunun yaradılması idi...”

“Onun ən böyük arzusu Azərbaycan Ordusunun yaradılması idi...” backend

“Şirin müəllim şəhid olandan bir neç gün sonra yuxuma girmişdi. Onda gördüm ki, gəlib, amma heç nə danışmır. Hamı sevinirdi ki, gəlib. O vaxt ona Milli Qəhrəman adı verilmirdi, sənədləri Müdafiə Nazirliyində it-bata salınırdı. Onda yuxuma girib dedi ki, “mən bəyəm ad üçün vuruşmuşam ki?”. Ondan sonra isə daha yuxuma girmədi. Ağdam işğaldan azad ediləndən sonra da yuxuma girməyib”.

 

Bunu Moderator.az-a açıqlamasında Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova deyib. Flora Qasımova Şirin Mirzəyevin adının həmişə yaşadıldığını bildirib:

 

 

“Əlbəttə, Şirin Mirzəyevin adı yaşadılır, heç vaxt unudulmur. Hər dəfə zəng vurub soruşurlar, haqqında kitablar yazılıb, filmlər çəkilib. Bəzən təsadüfən televizora baxanda görürəm ki, ondan danışırlar. O ən xoşbəxt komandir imiş. Onun haqqında həmişə xoş sözlər eşidirik. Nə vaxt məzarını ziyarət etsək, orda dost-tanışlarını görürük. Onlar bir nümunə oldular, düşmənin üzərinə əliyalın getdilər. Nə qədər bacardılar, döyüşdülər. 

 

Onda ordu yox idi, ancaq Şirin Mirzəyevin yaratdığı ordu var idi. Bu gün nəvəm Şirin Mirzəyevin adını danışıyır. İndi 6-cı sinifdə oxuyur, özü də xasiyyəti də ona oxşayır. 

 

 

Şirin Mirzəyevin ən böyük arzusu Azərbaycan Ordusunun yaradılması idi. Çox gözəl bir film hazırlayıblar və sabah saat 12:00-da Şuşa şadlıq evində filmi nümayiş etdirəcəklər. Şirin Mirzəyev bir cığır açdı. Onlar bir məktəb yaratdılar. Heç vaxt torpaqlarımızın işğalıyla barışmadılar. O, Daxili Qoşunlarda işləyirdi, döyüşə getmiyə bilərdi. Amma o, özünü saxlaya bilmədi. Deyirdi ki, hərbçiyəm, həm də Ağdamdanam, getməliyəm. Orta məktəbi bir yerdə oxumuşuq, o yerləri piyada, qarış-qarış gəzmək xoşuna gəlirdi”.

 

Qeyd edək ki, bu gün Milli Qəhrəman Şirin Mirzəyevin şəhadətindən 30 il ötür. 

Diaspora