Qazilər həkimləri təltif etdi - FOTO

Qazilər həkimləri təltif etdi - FOTO backend

17 iyun tibb işçilərinin peşə bayramı münasibətilə "Qarabağ qaziləri" İctimai Birliyinin baş ofisində tədbir keçirilib.

Qaziler.az bildirir ki, tədbir "Qarabağ qaziləri" İctimai Birliyinin sədri Asəf Əliyev, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun rəhbəri Ədalət Məhərrəmovun iştirakı ilə keçirilib. 

Tədbirdə I və II Qarabağ  müharibələri zamanı vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək Azərbaycan Ordusuna, Qarabağ qazilərinə, şəhid ailələrinə göstərdiklər mənəvi dəstəyə, qayğı və diqqətə görə tibb üzrə fəlsəfə doktoru, dosent, terapevt, 2014-cü ildən respublikanın əməkdar həkimi, tibbi xidmət baş leytenantı Taryel Əli oğlu Eyvazov, ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı, psixiatr, I Qarabağ müharibəsi veteranı Nazim Rəhman oğlu Xudiyev, ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı, cərrah, I Qarabağ müharibəsi veteranı Zirəddin Əli oğlu Abbasov təltif ediliblər.

Asəf Əliyev və Ədalət Məhərrəmov həmin şəxslərə diplomlar təqdim edərək onlara Vətən və xalq qarşısında göstərdikləri xidmətlərə görə təşəkkürlərini bildirib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. 

Diaspora