Müharibə veteranlarına verilən təqaüd ARTIRILSIN - Deputat

Müharibə veteranlarına verilən təqaüd  ARTIRILSIN - Deputat backend

“Sosial müdafiə və təminat sahəsinə 3 milyarddan çox vəsait ayrılıb. Amma hazırda çoxlu müraciətlər, narazılıqlar var”. 

Qaziler.az oxu.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Tahir Kərimli deyib. 

O qeyd edib ki, həmin sahədə qənaət edilən vəsaitlər hesabına qazilərin problemləri həll edilə bilər.

Deputat əlavə edib ki, müharibə iştirakçılarına diqqət artırılmalıdır. 

“Onlar şəhid olmayıbsa, yaralanmayıbsa, o demək deyil ki, diqqətdən kənarda qalmalıdırlar. Müharibə veteranlarına verilən 80 manat təqaüd azdır, bu məbləği artırmaq lazımdır”, - Tahir Kərimli əlavə edib. 

loading...
Diaspora