Hər il on minlərlə insanı qazandıran “Şeş-Qoşa” kampaniyasında artıq üçüncü avtomobil uduldu.
“Kontakt” mağazalar şəbəkəsinin elan etdiyi kampaniyanın üçüncü bəxtəvər qalibi Sumqayıt şəhəri sakini, 23 yaşlı Salahov Nəriman Arif oğlu olub. Vətən müharibəsinin iştirakçısı olan qalib hazırda işsizdir və 3-cü qrup əlilliklə bağlı təqaüd alır. O, “Kontakt Home – Sülh Plaza” mağazasında 3 dəfəyə ödə şərtilə “Casio” markalı qol saatı alıb və kampaniyada bəxtini sınayaraq son model “Mazda” 3 avtomobilini aparıb.
Qeyd edək ki, “Şeş-Qoşa” kampaniyasında bu il artıq 3000-dən çox şəxs uduş əldə edib.