"Partners & Business" sərgi-konfransında əlilliyi olan şəxslərin əl işləri təqdim edilir

"Partners & Business" sərgi-konfransında əlilliyi olan şəxslərin əl işləri təqdim edilir backend

Tədbir çərçivəsində ƏMAS-ın təqdimatı olub, əmək yarmarkası keçirilib

Qaziler.az bildirir ki, bu gün öz işinə başlayan "Partners and Business" Baku 2022 - yerli şirkətlərin tanıtım sərgi-konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də iştirak edir.

 

“Baku Crystal Hall”da təşkil olunan tədbirdə “Əmək və məşğulluq” altsisteminin təqdimatına dair panel keçirilib, ƏMAS-ın əmək bazarı iştirakçıları üçün əhəmiyyətindən bəhs olunub.

 

Dövlət Məşğulluq Agentliyinin xidmətlərinin və rəqəmsal layihələrinin təqdim edildiyi tədbir çərçivəsində işsiz və işaxtaranların məşğulluğuna dəstək məqsədilə əmək yarmarkası da təşkil olunub. Yarmarkaya 20-yə yaxın şirkət tərəfindən 140-dan artıq vakansiya çıxarılıb.  

 

Üç gün davam edəcək sərgidə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində müxtəlif istiqamətlər üzrə təlimlərə cəlb edilmiş əlilliyi olan şəxslərin floristika, bədii oyma, vitraj, dulusçuluq və s. növlərdə 110 əl işi təqdim edilərək satışı həyata keçirilir.

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və "Marsol" MMC-nin təşkilatçılığı, “Kapital Bank”ın tərəfdaşlığı ilə təşkil olunan sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və s. sahələrdə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkətin məhsul və xidmətləri təqdim olunur. 

 

 Sərgi Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və genişləndirilməsi məqsədi daşıyır.

loading...
Diaspora