Vətən Müharibəsi Qəhrəmanı xərçəngə qalib gəldi - VİDEO

Vətən Müharibəsi Qəhrəmanı xərçəngə qalib gəldi -  VİDEO backend

Döyüş meydanında düşmənə böyük əzmlə qalib gəldiyi kimi, onu yaxalayan amansız xəstəliyi də mətin iradə ilə ram edə bilib.

Söhbət Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevdən gedir. Müharibədən qayıtdıqdan sonra xərçəngə tutulduğunu bilən igidimiz amansız mübarizə nəticəsində sağlamlığına qovuşub.

 

Təxminən bir il ölüm-dirim savaşından sonra qazimiz Türkiyədə müayinə edilib və məlum olub ki, o, tam sağlamdır. Beləliklə, Qəzənfərin həyatda qazandığı ikinci möhtəşəm qələbə onu yaxınlarına bir daha qovuşdurub. 

 

Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev Murovdağ və Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib.

 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

loading...
Diaspora