Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu Paşabankın xüsusi layihəsi olan BiznesKlass verilişinə geniş müsahibə verib. Qaziler.az saytına bu barədə BAMF-ın informasiya departamentindən məlumat verilib.
Müsahibədə əsas mövzü BAMF tərəfindən yaradılmış Bank olmayan Kredit Təşkilatı "Avrasiya-Kredit" –in əldə etdiyi nailiyyətlər olub. Azərbaycan Diplomatik Akademiyasında (ADA) baş tutan müsahibədə BAMF sədri 2007-ci ildən fəaliyyət göstərən "Avrasiya-Kredit"– in fəaliyyəti haqqında ətraflı məlumat verərək, bu kredit strukturunun gələcək planlarını da açıqlayıb. O, bildirib ki, Qaçqınlara və məcburi köçkünlərə, az təminatlı ailələrə, əlillərə, xüsusilə də müharibədən zərər çəkmiş ərazilərdə yaşayan mina qurbanları və yoxsul əhaliyə mikro-kreditlərin verilməsi məqsədi ilə “Avrasiya Kredit” MMC beynəlxalq donorlarla əməkdaşlıq edir. Bu proses hazırda yerli donorlarla da davam edir. Xüsusilə BAMF-ın regionlarda reallaşdırdığı layihələr çərçivəsində “Avrasiya Kredit” kiçik kreditlər paylayaraq region əhalisinin fərdi təsərrüfatlar qurmasında, son nəticədə həmin kredit götürənlərin maliyyə vəziyyətinin dayanıqlılığının təmin olunmasında yaxından iştirak edir.“Avrasiya Kredit” –in əldə etdiyi uğurlar həm də icma problemlərinin həll olunmasına nail olmaq üçün müəyyənləşdirilmiş funksiyaların genişləndirilməsi yolunda BAMF-ın fəaliyyətlərinin yeni mərhələsidir.