Dövlət Əmək Müfəttişliyi Xidməti işdən qanunsuz olaraq çıxarılmış 43 işçini əvvəlki işlərinə bərpa etdirib

Dövlət Əmək Müfəttişliyi Xidməti  işdən qanunsuz olaraq çıxarılmış  43 işçini əvvəlki işlərinə bərpa etdirib backend

2022-ci ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti  vətəndaş müraciətlərinin araşdırılması zamanı 43 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

 

Qaziler.az bildirir ki, xidmətin qanunvericiliyə uyğun olaraq gördüyü tədbirlər nəticəsində həmin işçilər işəgötürənlər tərəfindən yenidən əvvəlki işlərinə bərpa olunublar.

 

Onlarla bağlı yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib.

Həmçinin işəgötürənlər tərəfindən 420 min manatdan çox məbləğdə sosial ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub.

 

Görülən tədbirlər nəticəsində həmin vəsait də işəgötürənlər tərəfindən işçilərə ödənilib.

 

Həmin  vəsaitin 99%-i əmək haqları, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar olub.

Diaspora